İndoneziyada məscidlər zəlzələ siqnalı verəcək

12.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İndoneziyada zəlzələlər barədə əhalini daha operativ məlumatlandırmaq məqsədilə məscidlərin səsucaldıcılarından istifadə imkanları sınaqdan keçirilir.

Yaponiya və İndoneziya alimlərinin birgə həyata keçirdiyi layihə xüsusilə mobil rabitənin zəif olduğu ucqar yaşayış məntəqələrində insanlara vaxtında xəbər çatdırılmasını hədəfləyir.

Layihə çərçivəsində bəzi məscidlərin səsucaldıcıları seysmik sensorlar şəbəkəsi ilə əlaqələndirilir. Məqsəd zəlzələ baş verməzdən əvvəl aşkarlanan ilkin siqnallar əsasında əhaliyə xəbərdarlıq etmək və insanların təhlükəsiz yerə çəkilməsi üçün əlavə vaxt qazandırmaqdır. Sınaqların beş il davam etməsi nəzərdə tutulur.

Sakit okeanın “Odlu halqası” adlanan seysmik fəal zonada yerləşən İndoneziya tez-tez zəlzələlərlə üzləşir. Mövcud infrastrukturdan istifadə etməklə xəbərdarlıq şəbəkəsinin genişləndirilməsi fəlakət risklərinin azaldılmasına töhfə verə bilər. Layihənin nəticələrinin 2030-cu ilədək qiymətləndirilməsi planlaşdırılır.

Hazırladı:
S.Rzayeva
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью