İndoneziyada mindən çox şagird məktəb yeməklərindən zəhərləndi

26.09.2025

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

İndoneziyanın Qərbi Yava əyalətində məktəblilərə pulsuz paylanan yeməklərdən şagirdlər zəhərlənib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Qərbi Yavada İndoneziya prezidenti Prabovo Subianto tərəfindən maliyyələşdirilən pulsuz məktəb yeməklərindən zəhərlənən şagirdlərin sayı mini keçib.

Qubernator Dedi Mulyadi bildirib ki, əyalətin dörd rayonunda kütləvi zəhərlənmələr qeydə alınıb.

Milli Qidalanma Agentliyi isə ərazidə qida paylanmasının müvəqqəti olaraq dayandırıldığını bəyan edib.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью