İndoneziyada nadir sənət nümunəsi aşkarlanıb

12.11.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

İndoneziyanın Wetar adasında aparılan arxeoloji araşdırmalar zamanı təxminən 4 min il əvvələ aid rənglənmiş daş lövhə aşkar edilib. Huknaur qaya sığınacağında tapılan artefakt ölkədə bu üslubda üzə çıxarılan ilk daşınan sənət nümunəsi kimi qiymətləndirilir.

Daş lövhənin üzərində qırmızı rənglə çəkilmiş konsentrik dairələr və günəş şüalarını xatırladan naxışlar diqqət çəkir. Bu təsvirlər qədim insanların simvolik düşüncəsi və bədii ifadə vasitələri haqqında yeni məlumatlar verir.

Arxeoloqlar hesab edirlər ki, lövhə yalnız dekorativ məqsəd daşımayıb. Onun qoruyucu simvol, yaxud müəyyən icmaya mənsubiyyəti ifadə edən əşya kimi istifadə edilməsi ehtimal olunur. Tapıntı bölgənin qədim mədəni irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

S.Rzayeva
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью