İndoneziyada nəhəng piton kişini diri diri udub

31.07.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İndoneziyada yeddi metrlik piton 35 yaşlı kişini bütöv şəkildə udub.

Bakıvaxtı.az "News.com.au"ya istinadən xəbər verir ki, hadisə Şimali Maluku əyalətində kişi evə qayıdarkən baş verib. 

O, meşə yolundan keçərkən nəhəng ilan onun ətrafına dolaşaraq udub.

Kişinin səhərə qədər qayıtmaması ailəni narahat edib. Axtarış nəticəsində meşədən keçən yolda qan və kişinin əşyaları, o cümlədən çanta tapılıb. 

Axtarış zamanı qarnı şişmiş böyük bir ilanla qarşılaşıblar. Onlar pitonu kəsərək, kişinin cəsədini aşkar ediblər. 

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью