Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İndoneziyanın Surabaya şəhərindəki San Antonio küçəsində yerləşən "Pakuwon City" kompleksində güclü partlayış baş verib.
Bakıvaxtı.az Antara xəbər agentliyinə istinadən xəbər verir ki, partlayış zmanı şüşə qırıntıları və divar qalıqları ətrafa səpələnib. Nəticədə ətrafdakı 40-dan çox binaya ziyan dəyib. Partlayış nəticəsində 5 nəfər yaralanıb.
İlkin ehtimala görə, partlayışa restorandakı maye qaz balonunun sızması səbəb olub.
Partlayışın nəticələrinin aradan qaldırılması üçün küçə müvəqqəti olaraq bağlanıb.
Gülşən Şərif