İndoneziyada qızıl mədənində sürüşmə: ölən və itkin düşən var

19.05.2025

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İndoneziyanın Qərbi Papua əyalətində torpaq sürüşməsi baş verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İndoneziya rəsmiləri cümə günü Qərbi Papua əyalətində güclü yağışın torpaq sürüşməsinə səbəb olduğunu bildirib.

İndoneziyanın Fəlakətlərin Azaldılması Agentliyinin sözçüsü Əbdül Muhari cümə günü torpaq sürüşməsi əyalətdəki Arfak dağlarında yerli əhalinin idarə etdiyi kiçik miqyaslı mədəndə işçilərin istifadə etdiyi müvəqqəti sığınacaqları vurub.

Muhari 1 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını, 19 nəfərin itkin düşdüyünü bildirib. Axtarış işlərinə qoşulmaq üçün əraziyə polis və ordu personalı da daxil olmaqla azı 40 xilasedici göndərilib.

Gülay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью