Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 19 noyabr, AZƏRTAC
İndoneziyanın Şərqi Yava əyalətindəki Semeru vulkanı iki dəfə püskürüb və hadisə nəticəsində vulkan külü zirvədən 700 metr yüksəkliyə qalxıb.
AZƏRTAC Antaraya istinadla xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzi məlumat yayıb. Bildirilib ki, qurum sakinlərə və turistlərə təhlükəsizlik məqsədilə kraterə 5 kilometrdən çox yaxınlaşmamaq barədə xəbərdarlıq edib.
Qeyd edək ki, 3676 metr hündürlüyündə olan Semeru Yava adasının ən yüksək zirvəsidir.