İndoneziyada təbii fəlakət: 61 nəfər ölüb

27.11.2025

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İndoneziyada şiddətli yağışlar təbii fəlakətə səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə xeyli ölü, yaralı və böyük dağıntılar var

İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyindən bildirilib ki, güclü yağış çayların daşmasına, selə və torpaq sürüşmələrinə səbəb olub: "İlkin məlumata görə, Şimali Sumatra əyalətinin 11 şəhər və rayonunda 61 nəfər ölüb, 21 nəfər isə itkin düşüb. 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar".

Məluatda deyilir ki, bölgədə minlərlə ev və iş yerləri işıqsız qalıb: "Təxminən 2000 ev və iş yerləri su altında qalıb".

Tahir Şəlvəli 
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью