İndoneziyada toqquşmalar davam edir

02.09.2025

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

İndoneziya polisi ölkənin Bandunqda iki universitet yaxınlığında toplanmış etirazçıların üzərinə gözyaşardıcı qaz buraxıb.

Bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda qeyd edilib ki, bu, ötən həftədən bəri davam edən və səkkiz nəfərin həyatını itirdiyi nümayişlərdə gərginliyi daha da artırıb.

Qeyd edək ki, İndoneziyada etirazlar paytaxt Cakartada başlayıb və parlament üzvlərinə verilən əlavə üstünlüklər kimi hökumət xərclərinə qarşı yönəlib. Sonradan etirazlar bütün ölkəyə yayılıb. Polis avtomobilinin motosikletçi taksi sürücüsünü vurub öldürməsi hadisəsindən sonra etirazlar toqquşmalara və talançılığa çevrilib, paytaxta milyonlarla dollar zərər dəyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью