Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 14 noyabr, AZƏRTAC
İndoneziyanın Yava adasında baş vermiş torpaq sürüşməsi nəticəsində 2 nəfər ölüb, 21 nəfər isə itkin düşüb.
AZƏRTAC İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, qeyri-sabit hava şəraiti axtarış-xilasetmə qrupunun işində çətinlik yaradıb.
Ölkənin Milli Fəlakətlərin İdarəedilməsi Agentliyi torpaq sürüşməsinin üç kənddə onlarla evin dağılmasına səbəb olduğunu bildirib.