İndoneziyada torpaq sürüşməsi 25 nəfər ölü

24.01.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İndoneziyanın Yava adasında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli xilasetmə xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Mərkəzi Yava əyalətinin Pekalonqan şəhəri yaxınlığında təbii fəlakət çərşənbə axşamı güclü yağışlar nəticəsində baş verib. Xilasedicilər davam edən leysan və duman səbəbindən axtarışları dayandırmağa məcbur olublar.

Daha əvvəl 21 nəfərin öldüyü barədə məlumat verilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью