İndoneziyada torpaq sürüşməsi nəticəsində dörd nəfər ölüb, beş nəfər yaralanıb AZƏRTAC

13.01.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 13 yanvar, AZƏRTAC

İndoneziyanın Batam şəhərində bazar ertəsi səhər saatlarında baş vermiş torpaq sürüşməsi nəticəsində dörd nəfər həlak olub, beş nəfər isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı İndoneziyanın xəbər agentliyi olan ANTARA məlumat yayıb. Bildirilib ki, torpaq sürüşməsi nəticəsində beş ev dağılıb.

Vilayətin Təbii Fəlakətlərin Nəticələrinin Azaldılması Agentliyi yağışların hələ davam edəcəyini bildirib.

Qeyd edək ki, İndoneziya yağışlı mövsümdə tez-tez hidrometeoroloji fəlakətlərlə üzləşir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью