İndoneziyada turist qayığı batdı: 7 ölü, 34 yaralı

12.05.2025

Icma.az, Baku.ws saytına istinadən bildirir.

İndoneziyanın Benkulu əyalətində turistləri daşıyan qayıq faciəvi şəkildə batıb. Hadisə nəticəsində 7 nəfər həyatını itirib, 34 nəfər isə xəsarət alıb.

BAKU.WS xəbər verir ki, əyalətin Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Muslikun Sodik verdiyi açıqlamada hadisənin dünən saat 16:30 radələrində baş verdiyini bildirib.

Onun sözlərinə görə, hadisə zamanı qayıqda 98 yerli turist və 6 ekipaj üzvü olub. Qayıq Tikus adasından Benkulu şəhərinə qayıdarkən batıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью