İndoneziyada uçqun nəticəsində 3 nəfər həlak oldu

30.05.2025

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İndoneziyanın Yava adasında əhəngdaşı karxanasında sürüşmə nəticəsində ən azı 13 nəfər həlak olub, təxminən 10 nəfər isə xəsarət alıb.

Bu barədə AFP təbii fəlakətlərlə mübarizə təşkilatının rəhbəri Deni Nurahyaya istinadən bildirib.

"İndiyə qədər 13 nəfərin meyiti tapılıb, beş və ya altı nəfər hələ də dağıntılar altındadır", - o qeyd edib.

D.Nurahyanın sözlərinə görə, növbəti axtarış əməliyyatları iyunun 1-nə qədər təxirə salınıb. Bu qərar uçqunun təkrarlanması riski ilə əlaqədar qəbul edilib.

//Report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью