Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İndoneziyada vəhşi təbiətdə yaşayan ilanlar arasında yeni dünya rekordu qeydə alınıb. Sulavesi adasında aşkarlanan dişi torlu pitonun uzunluğu 7,22 metr, çəkisi isə 96,5 kiloqramdır.
Bizim.Media xəbər verir ki, Ginnesin Rekordlar Kitabının məlumatına görə, İbu Baron ləqəbli ilan yanvarın 18-də xüsusi geodeziya ölçü lenti ilə ölçülüb. Onun çəkisi isə düyü kisələrinin çəkilməsi üçün istifadə olunan tərəzidə müəyyən edilib.
Mütəxəssislər ilanı ölçməzdən əvvəl narkoz verməyiblər. Bildirilir ki, tam rahat vəziyyətdə olan sürünənin uzunluğu 10-15 faiz daha çox ola bilərdi.
Qeyd edək ki, “əsirlikdə” saxlanılan ilanlar arasında rekord 2011-ci ildə uzunluğu 7,67 metr ölçülən Meduza ləqəbli torlu pitona məxsusdur.
Bizim.Media