İndoneziyada vulkan püskürdü

25.05.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Şərqi Yava əyalətində Semeru vulkanı aktivləşib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, vulkan gün ərzində 6 dəfə ətrafa kül püskürüb.

İlk püskürmədən sonra kül dumanının hündürlüyü kraterdən 1000 metr, dəniz səviyyəsindən isə 4676 metr hündürlüyə qalxıb və küləyin istiqamətində şimal-şərqə doğru hərəkət edib. Sonrakı püskürmələr zamanı isə bu rəqəm 4700 metrə çatıb.

Qeyd edək ki, İndoneziyada ümumilikdə 500 civarında vulkan var ki, onlardan da 130-u aktiv hesab olunur. Semeru ölkədə 4-cü ən hündür (3676 metr) vulkandır.

L Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью