İndoneziyada vulkan püskürdü: Küllərin hündürlüyü 18 kilometrə çatıb

02.08.2025

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

İndoneziyanın Şərqi Nusa Tengqara əyalətindəki Levotobi Laki-Laki vulkanı yenidən püskürüb və 18 kilometr hündürlüyə kül saçıb.

Xalqcebhesi.az xəbər verir ki, İndoneziya Geoloji Agentliyinin məlumatına görə, vulkan dünən ilk külünü atmağa başlayıb və hündürlüyü 10 kilometrə çatıb.

Bu gün səhər saatlarında vulkandan püskürən kül ətraf kəndləri bürüyərək 18 kilometr yüksəkliyə çatıb.
İlkin məlumatlarda itkilərin olmadığı bildirilsə də, turistlərə ərazidən uzaq durmaq tövsiyə olunur.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью