525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İndoneziyanın şərqindəki Yava adasında yerləşən Semeru dağında vulkan püskürüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, vulkan 3 saat ərzində 7 dəfə püskürərək, təxminən 800 metr hündürlüyə kül saçıb.
Vulkanın ətrafında təhlükəsizlik kordonu yaradılıb və zirvədən 13 kilometr cənub-şərqdə və çay sahillərindən 500 metr kənarda bütün fəaliyyəti dayandırılıb.
"Sakit Okeanın Atəş Halqası" zəlzələsi və vulkan qurşağında yerləşən İndoneziyada təxminən 130 aktiv vulkan var. Bromo Tengger Semeru Milli Parkının bir hissəsini təşkil edən Semeru Java adasındakı ən aktiv vulkanlardan biri hesab olunur.
İbrahim Cəfərov