İndoneziyada yanğın 300 dən çox evi məhv etdi

29.09.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İndoneziyanın paytaxtı Cakartanın qərb hissəsində insanların sıx məskunlaşdığı ərazidə baş verən güclü yanğın 300-dən çox yaşayış binasını məhv edib, təxminən 1200 nəfər evsiz qalıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Jakarta Globe" qəzeti məlumat yayıb.

Yanğın 10 min kvadratmetrdən çox ərazini əhatə edib. Məlumata görə, ölən olmasa da, bir neçə nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, güclü külək yanğının söndürülməsini çətinləşdirib. Yerli hakimiyyət orqanları yanğına binalardan birində qısaqapanmanın səbəb olduğunu iddia edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью