Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İndoneziyanın Sumatra adasından şimalda 6,8 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli Agentliyi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 163 km dərinlikdə yerləşib.
Qeyd edək ki, ölkənin Flores adası yaxınlığında baş verən 7,7 maqnitudalı güclü zəlzələ nəticəsində ölənlərin sayı 38-ə yüksəlib.