İndoneziyada yük maşını aşıb, ölənlər var

06.10.2026

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində yük maşınının aşması nəticəsində azı beş nəfər ölüb.

"Xinhua" xəbər verir ki, içərisində 15 sərnişin olan avtomobil yoxuşa qalxarkən aşıb.

Hadisə nəticəsində 5 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Zərərçəkənlər ən yaxın xəstəxanaya təxliyə ediliblər.

///report///

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью