İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 38 ə çatıb YENİLƏNİB 1

15.08.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İndoneziyada baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə çatıb.


Bu barədə “BBC” yerli rəsmi qurumlara istinadən xəbər yayıb.

***

10:35

İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Bu barədə AFP məlumat yayıb.

***
08:38

İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 5 nəfərə yüksəlib.

Bu barədə “Reuters” Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru Emanuel Melkiades Laka Lenaya istinadən məlumat yayıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələ İndoneziyanın Flores adası yaxınlığında baş verib və 7,7 bal gücündə olub.

Daha əvvəl “Straits Times” qəzeti 2 nəfərin öldüyünü bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью