İndoneziyanın qərbində qayığın batması nəticəsində 11 nəfər itkin düşüb

15.07.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 15 iyul, AZƏRTAC

İndoneziyanın Qərbi Sumatra əyalətindəki Mentavay adaları yaxınlığında qayığın batması nəticəsində 11 nəfər itkin düşüb, 7 nəfər isə xilas edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli xilasetmə agentliyi məlumat yayıb. Bildirilib ki, qəzanın baş vermə səbəbi hava şəraitinin pis olmasıdır.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi ekstremal hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью