Icma.az, Ayna saytına istinadən bildirir.
Kül buludları vulkanın zirvəsindən 900 metr və ya dəniz səviyyəsindən 4576 metr yüksəkliyə çatıb
İndoneziyanın Şərqi Yava əyalətindəki Semeru vulkanında ən azı doqquz yeni püskürmə baş verib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Asiya ölkəsinin Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi məlumat yayıb.
Bildirilib ki, kül buludları vulkanın zirvəsindən 900 metr və ya dəniz səviyyəsindən 4576 metr yüksəkliyə çatıb. Ağ və boz rəngli tullantılar qərb və cənub-qərb istiqamətində intensiv şəkildə yayılıb.
Mərkəz yaxınlıqdakı ərazilərin sakinlərini və turistləri isti qaya püskürməsi riski səbəbindən kraterdən 5 kilometr məsafədə qalmağa çağırıb. Həmçinin çay yataqları boyunca lava axınları, isti buludlar və palçıq axınları riski barədə xəbərdarlıq edilib.