İnək oğrusu həbs edildi

11.12.2024

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kürdəmirdə iribuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Kürdəmir rayonu Carlı kəndi ərazisində yerləşən otlaq sahəsindən iribuynuzlu heyvanlar oğurlayan Oğuz rayon sakini Şəmi Muradov saxlanılıb.

Araşdırmalar zamanı adıçəkilən şəxsin kənd sakinlərinə məxsus 11 baş iribuynuzlu heyvanı oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 26000 manat maddi ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью