Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Qüdssəki İbrani Universitetinin alimləri genetik modifikasiya olunmuş bitkilərdə inək südünün əsas zülallarından biri olan beta-kazein əldə ediblər.
“Qafqazinfo” xəbər verir ki, tədqiqatın nəticələri “Frontiers in Plant Science” jurnalında dərc olunub.
Laboratoriya sınaqlarında bitki hüceyrələrinin süddəki təbii kazein strukturlarına bənzər birləşmələri müstəqil formalaşdırdığı bəlli olub. Təcrübələr uğurla yekunlaşdıqdan sonra texnologiya quraqlığa davamlı aspir bitkisinə tətbiq edilib.
Mütəxəssislər bu üsulla gələcəkdə inəklərdən istifadə etmədən qida və dərman sənayesi üçün vacib zülallar istehsal etməyin mümkün olacağını bildirirlər.