Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. İnək park edilmiş avtomobili yararsız vəziyyətə salıb.
Avtosfer.az xəbər verir ki, Azərbaycanda rayonların birində baş verən hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Belə ki, sahibinin əlindən qaçan inək park edilmiş “KİA” markalı avtomobilin üzərinə çıxıb.
Ağır çəkili heyvanın ağırlığına tab gətirə bilməyən avtomobilin ön şüşəsi sınıb və inəyin ön ayaqları salonda ilişərək qalıb.
Bir müddət qaldığı yerdən çıxa bilməyən inək sahibinin köməkliyi ilə oradan çıxarılıb. Hadisə nəticəsində avtomobillə ciddi ziyan dəyib.
Sözügedən hadisənin görüntülərini təqdim edirik: Namiq Musayev Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.