İnəklər otlayacaq, mən də baxıb çiməcəyəm

16.04.2025

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şairə və qiraətçi Nazilə Səfərli maraqlı açıqlama verib.

Milli.Az xəbər verir ki, "Gün ortası" verilişində qonaq olan Səfərli kəndə köçərək həyatına orada davam edəcəyini bildirib.

Planlarını bir-bir açıqlayan məşhur bunları söyləyib:

"Kənddə yaşayacağam. Özümə qəşəng inəklər alacağam. Kənddə yaşamaq üçün mənə 100 min dollar büdcə lazımdır. Ferma qurmaq üçün hazırlaşmalıyam. Oranın qoyun-quzusu, cücəsi, 2 otaqlı evim olsun.

Sanuzel-cakuzim, ponaramam - hər şey olmalıdır ki, istədiyimi kimi yaşayım. Bu gücü özümdə görürəm. Mənim seçdiyim yer dağ mənzərəlidir. O ev qapalı ola bilməz, ponarama olmalıdır. İnəklər otlayacaq, mən də baxıb çiməcəyəm".

Hüseyn
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью