İnəyin öd daşı 100 min manata satılır VİDEO

04.02.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnəkdə istehlak etdiyimiz ətdən də daha dəyərli bir şey varmış. Belə ki, inəyin öd kisəsində əmələ gələn daşlarının dəyəri bəzən yüz min manata qədər yüksələ bilir. Bu səbəbdən son dövrlər bir çox insan inəklərin öd daşını axtarmağa başlayıb.

Hətta saytlarda inəyin öd daşını almaq istəyən şəxslərin verdiyi elanlara da rast gəlinir. Öd daşı alqı-satqısı ilə məşğul olan şəxslər bildiriblər ki, bu daşları əsasən xarici ölkələrdən, xüsusilə də Çindən gələn alıcılar alır.

Onların sözlərinə görə, hər bir inəyin öd kisəsindən çıxan daş eyni qiymətlə dəyərləndirilmir. Daşın ölçüsü, çəkisi və keyfiyyəti qiymətə birbaşa təsir göstərir.

Artan tələbatı nəzərə alaraq mütəxəssislərə maraqlı bir sual ünvanladıq: süni yolla inəyin öd kisəsində daş yaratmaq mümkündürmü?

Qeyd edək ki, məsələ ilə bağlı “ARB Xəbər”də süjeti yayımlanıb.

Ətraflı reportajda:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью