İnfantino: “Azərbaycana səmimi təşəkkürümü bildirirəm”

24.10.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

FIFA prezidenti Canni İnfantino Bakıda keçirilən U-15 dünya çempionatı və festivalının açılışı ilə bağlı paylaşım edib.

Apasport.az xəbər verir ki, o, Azərbaycanın Baş nazirinin müavini Samir Şərifovla görüşündən məmnunluğunu ifadə edib:

“Bakıda ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalının açılış günü Azərbaycanın Baş nazirinin müavini Samir Şərifovla görüşməkdən məmnun oldum.

Bu mühüm gənclər turnirinin həyata keçirilməsində göstərdikləri sıx əməkdaşlığa və dəstəyə görə Baş nazirin müavininə və Azərbaycan dövlətinə səmimi təşəkkürümü bildirirəm.

Bu tədbir gənc istedadların inkişafı və özlərini göstərməsi üçün gözəl imkan yaradır. Eyni zamanda, futbolun hər kəs üçün və dünyanın hər yerində olduğunu bir daha təsdiqləyir. Bütün futbolçulara, məşqçilərə və azarkeşlərə unudulmaz təcrübə arzulayıram”.

Rəşad Sadıqov: “Bunu çözə bilmirik” Filipo Kandido: “Asan oyun yoxdur” “Zirə” üç xalı 3 qolla qazandı- YENİLƏNİB Azərbaycan çempionatlarında 15000-ci qol vurulub “Neftçi” hazırlıqları başa vurdu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью