İnfantino DÇ 2026 sürprizini açıqladı

05.03.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

FİFA 2026-cı il dünya çempionatının final matçının fasiləsində xüsusi şou poqram təşkil edəcək. 

QOL.az xəbər verir ki, bu barədə qurumun prezidenti Canni İnfantino danışıb.

O deyib: "Artıq deyə bilərəm ki, Nyu-Cersidə keçiriləcək DÇ-2026-nın finalında ilk dəfə fasilə zamanı şou proqram təşkil ediləcək. Bu, dünya çempionatı üçün xüsusi bir an və dünyanın ən böyük idman tədbirinə yaraşan şou olacaq".

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində keçiriləcək. Turnirdə ilk dəfə 48 komanda yarışacaq. Mundiala ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью