İnfantino DÇ də iştirakçı sayını 64 komandaya çatdırmaq istəyir

12.07.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

İnfantino DÇ-də iştirakçı sayını 64 komandaya çatdırmaq istəyir

FİFA prezidenti Canni İnfantino 2030-cu ildən etibarən dünya çempionatında iştirak edəcək komandaların sayını 64-ə çatdırmağı planlaşdırır.

QOL.az xəbər verir ki, bu barədə jurnalist Romen Molina məlumat yayıb. Onun sözlərinə görə, bu təşəbbüs İnfantinonun 2027-ci ildə keçiriləcək FİFA Konqresində yenidən prezident seçilmək üçün apardığı seçki kampaniyasının əsas hissələrindən biridir.

Bildirilir ki, İnfantino planını həyata keçirmək üçün Afrika futbol rəhbərlərinin dəstəyinə güvənir.

Qeyd edək ki, həmin dəyişikliklər qəbul olunarsa, Canni İnfantinonun növbəti dəfə FİFA prezidentliyinə namizədliyini irəli sürməsinə hüquqi imkan yaranacaq. Hazırda FİFA rəhbərinin növbəti müddətə namizəd olub-olmayacağı təşkilatın mövcud nizamnaməsi ilə məhdudlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью