İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq

12.09.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq

FİFA prezidenti Canni İnfantino növbəti seçkidə namizədliyini irəli sürəcəyini təsdiqləyib.

QOL.az xəbər verir ki, o, gələn il martın 18-də keçiriləcək seçkidə iştirak edəcəyini bildirib.

“Əlbəttə, gələn il martın 18-də keçiriləcək seçkidə namizəd olacağam. Mənim proqramım və ya istəsəniz şüarım çox sadə, eyni zamanda çox aydındır: “Futbol bütün dünyada hər kəsə məxsusdur”. Bizim istədiyimiz budur. Mənim istədiyim budur. 

FİFA olaraq istəyirik ki, dünyanın hər yerində hər kəsin imkanları olsun. İstəyirik ki, dünyanın hər yerində hər kəs lazımi resurslara sahib olsun. Biz hər kəsə arzulamaq, iştirak etmək, oynamaq, inkişaf etmək, böyük oyunçularla digərləri arasındakı fərqi azaltmaq imkanı vermək istəyirik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью