Icma.az, Footbal-plus portalına istinadən məlumat verir. FIFA prezidenti Canni İnfantino Bakıya səfərindən razı qalıb.
Bu barədə özünün şəxsi “instaqram” hesabında da yazıb, Bakıya dəvət almasından xoşbəxt olduğunu etiraf edib.
Onunla təxminən eyni vaxtda dünya futbolunun daha bir tanınmış siması Bakıya səfər etdi.
Braziliyalı Ronaldinyonun paytaxtımıza budəfəki gəlişi də əsl toy-bayrama çevrildi. Atalarımız necə deyib?
Dost gəlişi bayram olar...Ronaldinyonu yeniyetmə futbolçularla görüşə apardılar, ona ayrı-ayrı klubların akademiyalarında top oyununun sirlərini öyrənən uşaqları təqdim etdilər.
Uşaqların sevinci böyüklərə də təsir etmişdi. AFFA prezidenti Rövşən Nəcəf də əziz qonağı qəbul etdi, əməlli-başlı rəsmi görüş keçirildi.
Adətimiz üzrə qonağa süfrə açdıq. Ronaldinyoya verilən ziyafətdən videogörüntülər də qarşımıza çıxdı.
Bu görüntüləri paylaşarkən qeyd olunurdu ki, braziliyalı qonaq Azərbaycan mətbəxindən çox razı qalıb.