Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
FİFA prezidenti Canni İnfantino dünya çempionatının formatı ilə bağlı verdiyi son açıqlamayla gündəm olub.
DÇ-2026-nın ilk dəfə 48 komanda ilə oynanıldığını xatırladan İnfantino 64 komandanlı turnirin planda olduğunu bildirib. O, son 3 mundialdan kənar qalan dördqat dünya çempionu İtaliya yığması ilə məzələnməyi də lazım bilib:
''Əvvəlcə 48 komandalı formatın hansı effekt verəcəyini görməliyik. Ancaq irəlidə 64 komandalı mundial keçirmək barədə də indidən fikir mübadiləsi aparırıq. Bəlkə İtaliya 64 komandalı turnirdə təsnifatı keçərək final mərhələsinə vəsiqə qazanar. Bu da işə yaramasa, 208 komandalı mundial da keçirə bilərik''.