İnfantino qərarından dönmədi

12.09.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnfantino qərarından dönmədi

FİFA-nın hazırkı prezidenti Canni İnfantino növbəti seçkilərdə təşkilata rəhbərlik uğrunda mübarizə aparacağını təsdiqləyib.

QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, 56 yaşlı funksioner 2027-ci ilin martında keçiriləcək seçkilərdə namizədliyini irəli sürəcəyini bildirib:

"Əlbəttə, gələn il keçiriləcək seçkilərdə namizəd olacağam. Proqramım, yaxud şüarım çox sadə, eyni zamanda çox aydındır: futbol bütün dünyada hər kəsə məxsusdur. Biz buna çalışırıq. FİFA olaraq buna nail olmaq istəyirik".

Qeyd edək ki, daha əvvəl FİFA-nın dünya çempionatının yayım və kommersiya hüquqlarının satışı üçün FİFA Forward Enterprise (FFE) adlı yeni kommersiya strukturu yaratmağı planlaşdırdığı məlum olmuşdu. Bu ideya futbol konfederasiyalarının ciddi tənqidindən sonra İnfantino tərəfindən geri çəkilib. Bundan sonra bəzi Avropa futbol federasiyaları İnfantinonun 2027-ci il seçkilərində namizədliyinə dəstəyini geri götürüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью