İnfantino Trampı belə təbrik etdi FOTO

07.11.2024

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

FİFA prezidenti Canni İnfantino Donald Trampı ABŞ-də keçirilən prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımında bu sözləri yazıb:

"Təbrik edirəm, cənab Prezident! ABŞ-də möhtəşəm Dünya Çempionatı və Klublararası Dünya Kuboku keçirəcəyik! Futbol dünyanı birləşdirir!".

Qeyd edək ki, ABŞ Meksika və Kanada ilə birlikdə 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Turnirin final görüşü iyulun 19-da Amerikanın Nyu-Cersi ştatında "MetLife" stadionunda baş tutacaq.

Xatırladaq ki, ABŞ-də keçirilən president seçkilərində səslər hələ də hesablansa da, Tramp seçkidə qalib gəldiyini elan edib. 

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью