İnfantino üçün yeni vətəndaşlıq

28.11.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

FİFA-nın prezidenti Canni İnfantino Livan vətəndaşlığını alıb.
"Football-plus.az" xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesablarında etdiyi paylaşımda bildirib. 
İsveçrəli funksioner Livanın prezidenti Jozef Aunla Beyrutda görüşdüyünü və vətəndaşlığı aldığını qeyd edib. İnfantino Livan vətəndaşı olduğu üçün fəxr etdiyini də yazıb.
Qeyd edək ki, İnfantinonun İsveçrə və İtaliya vətəndaşlığı da var. Onun həyat yoldaşı Line Əl-Əşkar isə Livanda anadan olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью