İnfantino yenidən seçilə biləcəkmi?

17.07.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2027-ci ilin mart ayında keçiriləcək prezident seçkilərindən əvvəl 200-dən çox futbol assosiasiyası hazırkı FIFA prezidenti Canni İnfantinonun namizədliyini dəstəkləyib.

"Yeni Sabah" The Guardian-a istinadla xəbər verir ki, FIFA-nın 211 üzv assosiasiyasından yalnız bir neçəsi, o cümlədən Almaniya Futbol Assosiasiyası (DFB) federasiyaya dəstək məktubu göndərməyib.

Namizədlər noyabrın 18-dək iddialarını bildirməlidir. Hazırda İnfantino bu vəzifəyə yeganə iddiaçıdır. Lakin artıq namizədi dəstəklədiyini bildirən ölkələr bu tarixdən əvvəl dəstəyini geri götürə və ya onu başqasına yönləndirə bilərlər. Pepperoni pizza

Amerikalı futbolçu Folarin Balogunun Dünya Kuboku matçı zamanı aldığı qırmızı vərəqənin ləğvi ilə bağlı qalmaqala görə İnfantinonun yenidən seçilməsində çətinliklərlə üzləşə biləcəyini ehtimal edilir. O zaman ABŞ Prezidenti Donald Tramp İnfantinoya zəng edərək hakimin qərarını yenidən nəzərdən keçirməsini xahiş etmişdi.

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) FIFA-nın qərarından narazılığını bildirib. UEFA bir müddətdir ki, 2027-ci il seçkilərində İnfantinoya qarşı namizəd irəli sürməyi düşünür. 

İnfantino 2016-cı ildən bəri FIFA prezidenti vəzifəsində çalışır. Onun bu vəzifədəki sələfi 2015-ci ilin dekabrında FIFA daxilindəki korrupsiya qalmaqalında iştirakına görə vəzifəsindən kənarlaşdırılmış 87 yaşlı isveçrəli Zepp Blatter idi.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью