İnfantinodan Afrika futboluna böyük vəd

08.10.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnfantinodan Afrika futboluna böyük vəd

FİFA prezidenti Canni İnfantino Afrika futbolunun inkişafı üçün maliyyə dəstəyinin artırılacağını açıqlayıb.

QOL.az xəbər verir ki, "Reuters"in məlumatına görə, o, Kabo-Verdedə keçirilən konfransda Afrika Futbol Konfederasiyasına (CAF) üzv 54 assosiasiyanın prezidentlərinə müraciət edib.

İnfantino FİFA-nın son 10 ildə “FIFA Forward” proqramı çərçivəsində Afrikada 124 layihə və təşəbbüsə 1 milyard dollar sərmayə yatırdığını bildirib.

FİFA rəhbəri təşkilat daxilində yaranan fikir ayrılıqlarının dialoq yolu ilə həll edilməsinin vacibliyini də vurğulayıb.

İnfantino Afrikaya dəstəyin davam etdiriləcəyini və qitə futbolunun inkişafı üçün daha çox resurs ayrılmasının vacibliyini qeyd edib. O, son dünya çempionatında 10 Afrika ölkəsinin iştirakını qitə üçün uğur kimi qiymətləndirib.

Qeyd edək ki, İnfantino iyul ayında FİFA turnirlərində payların satılması ilə bağlı planını, əsasən Avropa və Şimali Amerikadan gələn etirazlardan sonra təxirə salmalı olmuşdu.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью