futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
FIFA rəhbəri Canni İnfantino 2027-ci ildə keçiriləcək növbəti prezident seçkilərində təkrar namizədliyini irəli sürəcək.
Futbolpress.az xəbər verir ki, bu barədə ali futbol qurumunun nümayəndəsi jurnalist Ben Ceykobsa açıqlamasında bildirib. Təşkilat rəsmisi İnfantinonun hələ aprel ayında verdiyi qərarın dəyişmədiyini və onun yenidən seçilmək üçün mübarizə aparacağını təsdiqləyib.
16 fevral 2016-cı ildən bəri təşkilata rəhbərlik edən 56 yaşlı funksionerin gələcəyini müəyyənləşdirəcək növbəti seçki 2027-ci ilin aprel ayında Mərakeşdə keçiriləcək.
İnfantino son vaxtlar DÇ-lərə özəl sərmayələrin cəlb edilməsi planı ilə bağlı ciddi tənqidlərlə üzləşib. UEFA, KONKAKAF və Asiya Futbol Konfederasiyası bu təklifi kəskin şəkildə rədd edib. Hətta UEFA-nın DÇ-lərin hüquqlarının bir hissəsini özəl investorlara satmaq cəhdinə görə İnfantinoya qarşı cinayət işi qaldırmağa hazırlaşdığı da bildirilir.