İnfantinonun yenidən seçilməsinə etiraz

17.08.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

İnfantinonun yenidən seçilməsinə etiraz

FairSquare hüquq müdafiə təşkilatı FİFA prezidenti Canni İnfantinonun növbəti seçkidə namizədliyinin qarşısının alınmasını tələb edib.

QOL.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Təşkilat FİFA-nın İdarəetmə, Audit və Uyğunluq Komitəsinə göndərdiyi məktubda İnfantinonun dördüncü dəfə prezidentliyə namizədliyinin qurumun nizamnaməsinə zidd olduğunu bildirib. Qaydalara əsasən, FİFA prezidenti vəzifədə maksimum üç müddət qala bilər.

FairSquare hesab edir ki, 2022-ci ildə İnfantinonun 2016-2019-cu illərdəki ilk prezidentlik müddətinin nəzərə alınmaması barədə qəbul edilən qərar qanunsuzdur. Həmin vaxt bu müddətin Yozef Blatterin yarımçıq qalan prezidentlik müddətinin davamı olduğu əsas gətirilmişdi.

Norveç Futbol Federasiyası da FairSquare-in şikayətini dəstəkləyib. Məlumata görə, FİFA rəhbərliyinin fəaliyyəti ətrafında yaranan digər mübahisələr fonunda İnfantinonun yenidən seçilmək şansları da sual altına düşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью