İnfantinoya “bəy tərifi”

25.08.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto açıqlama verib.

Futbolpress.az xəbər verir ki, funksioner FIFA prezidenti Canni İnfantinonu tərifləyib:

“İnfantino futbolu dəyişdirdi. Onun strategiyası və planları nəticəsində bir çox ölkə dünya çempionatına qatıldı. O, bütün federasiyaların inkişaf etməsinə kömək olur. Bunu dəstəkləməli və İnfantinonun haqqını verməliyik. O, FIFA-da olduğu müddətdə çox şey bacarıb”.

Bu il ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatında 48 komanda mübarizə aparıb. Çempion İspaniya milli komandası olub.

İnfantinoya qarşı son vaxtlarda bir neçə ölkə federasiyasından tənqidlər var. Qurumlar funksionerin FIFA-da öz mənfəəti üçün yeni proqramlar yaratmaq niyyətində olduğunu iddia edib və buna qarşı çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью