İnfarkt keçirdən Özcan Denizin səhhəti ilə bağlı ilk AÇIQLAMA

18.02.2025

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi dünən türkiyəli müğənni Özcan Deniz xəstəxanaya yerləşdirilmişdi.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, infarkt keçirdiyi bildirilən məşhur sənətçi səhhəti ilə bağlı ilk rəsmi açıqlamanı şəxsi səhifəsindən izləyiciləri ilə bölüşüb.

 Deniz onun üçün narahatlıq keçirən hər kəsə təşəkkür edib:

 "Əvvəla narahat olan, zəng edib soruşan bütün dostlarıma və sevdiklərimə təşəkkür edirəm. Bu səhər çəkiliş meydançasında ürəyim sıxıldı. Həkimim və həyat yoldaşımın zamanında müdaxilə göstərməsi sayəsində hər şey yaxşıdır". 

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью