İnfarkt keçirdiyi deyilən məşhur türkiyəli müğənninin menecerindən AÇIQLAMA

28.01.2026

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Türk arabesk musiqisinin tanınmış simalarından olan və infarkt keçirdiyi bildirilən məşhur müğənni Hakan Taşıyanın meneceri Hüseyn Canayaz məsələ ilə bağlı açıqlama verib.

Bu barədə Oxu.Az "Habertürk"ə istinadən xəbər verir.

Məlumata görə, Hüseyn Canayaz yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb.

"İnfarkt keçirməyib. Belində ağrı var idi və ehtiyat tədbiri olaraq xəstəxanaya getdi. Daha əvvəl orqan nəqli keçirdiyi üçün həkimlər onu müşahidə altında saxladılar. Bu gün xəstəxanadan çıxması gözlənilir", - deyə o bildirib.

Qeyd edək ki, Hakan Taşıyan 2021-ci ildə qaraciyər və böyrək nəqli əməliyyatı keçirib.

Xatırladaq ki, daha əvvəl yayılan xəbərlərdə müğənninin infarkt keçirdiyi və xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin ağır olduğu bildirilirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью