İnfarkt olan deputat necədir? Baş həkim danışdı | Icma.az
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) deputatı Sırrı Sürəyya Öndərin son vəziyyəti açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə baş həkim Çavlan Çiftçi danışıb.
O, əməliyyatın 12 saat davam etdiyini söyləyib: "Sırrı Sürəyya Öndər dünən gecə 112 təcili yardım qrupu tərəfindən nəbzsiz və intubasiya edilmiş halda xəstəxanamıza gətirildi.
Təcili yardım otağımızda 10 dəqiqəlik ürək masajından sonra nəbzi atdı.
Saat 23.05-də pasientimizin nəbzi və qan dövranı dayandı, ürək masajı edildi. Əməliyyat saat 23.35-də başladı və 12 saat davam etdi.
Onun aorta qapağı dəyişdirildi. Bütün aortanı tutan bu vəziyyət ən böyük əməliyyatlarımızdan biridir. Ölüm riski yüksək olan əməliyyat idi".
Baş həkim qeyd edib ki, millət vəkili 12 saatlıq əməliyyatdan sonra mexaniki dəstək aparatının köməyi ilə reanimasiyaya köçürülüb: "Hələ də həyati təhlükəsi qalmaqdadır.
Tam oxu
Xəbəri oxu