Icma.az, Saglamolun portalına istinadən məlumat verir. Bu gün bütün dünyada ən geniş vüsət alan xəstəliklərindən biri, elə ən başlıcası üərk
Maraqlıdır, bu xəstəliklər əsasən hansı mövsümdə şiddətlənir və onun gənclər arasında geniş vüsət almasının səbəbi nədir?
Bu suallarla bağlı Mərkəzi Gömrük Hospitalının kardioloqu Samir Mustafayev Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.
- Öncə istəyirəm, ürəyin fəaliyyəti ilə bağlı danışaq. - Ürək ana bətnində fəaliyyətə başlayan ilk orqandır.
Dölün ürəyi ana bətnində 6 həftəsindən etibarən döyünməyə başlayır. Ürək həyatın və canlılığın qaynağı olaraq qəbul edilir.
Yəqin ki, bu səbəbdəndir ki, ruhun ürəkdə yerləşdiyinə inanılır.
Ürəyimiz ortalama dəqiqədə 70, gündə 104000 və ildə 38 milyon dəfə döyünərək, qanı orqanizimdə dövr etdirir.
Üstəlik də 280-300 qram ağırlığında, sadəcə yumruğumuz böyüklüyündədir.