İnfarktdan qorunmaq üçün bu 3 qidalanma qaydasına əməl edin

14.11.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə rusiyalı nutrisioloq Nuriya Dianova danışıb.

İlk növbədə həkim ürək-damar xəstəlikləri riskini artıran məhsulların qida rasionundan çıxarılmasını tövsiyə edib. Bunlara həddindən artıq şəkər və duz, trans yağlar, emal olunmuş ət məhsulları və alkoqol daxildir. Onun sözlərinə görə, yağlı süd məhsullarının istehlakını da azaltmaq və onları daha sağlam alternativlərlə əvəz etmək lazımdır.

İkinci qayda isə rasiondan çıxarılan məhsulları faydalı yağ mənbələri ilə əvəz etməkdir. Həkim bu qrupa qoz-fındıq, zeytun yağı, balıq və dəniz məhsullarını aid edib.

Dietoloqun sözlərinə görə, üçüncü addım qidalanmaya faydalı məhsulların əlavə edilməsidir.

“Hər yemək zamanı qida rasionuna liflə zəngin məhsullar, tam taxıllar, paxlalı bitkilər, həmçinin turş giləmeyvələr daxil edilməlidir. Lif, vitaminlər, mikroelementlər (xüsusilə qan təzyiqinə nəzarət üçün kalium), antioksidantlar, zülallar və yağlar ürəyi qorumaq üçün əsas qida vasitələridir. Biz çox vaxt meyvə yeməkdən imtina etmirik, lakin tərəvəz və giləmeyvələri kifayət qədər qəbul etmirik”, – deyə Dianova bildirib.

Nutrisioloq qeyd edib ki, daha sağlam qidalanma orqanizmə mərhələli şəkildə təsir göstərir. İlk növbədə, “pis” xolesterinin səviyyəsinə və orqanizmdəki xroniki iltihabi proseslərə təsir edərək ateroskleroz riskini azaldır, daha sonra isə arterial təzyiqin normallaşmasına kömək edir.

Onun sözlərinə görə, məhz bu tədbirlərin birlikdə həyata keçirilməsi infarktın əsas profilaktikası hesab olunur.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью