Icma.az, Sia Az saytına istinadən bildirir.
Mərkəzi Gömrük Hospitalında xəstəxanadaxili infeksiyaların qarşısının alınması istiqamətində İnfeksiyaya Nəzarət Komissiyası tərəfindən mütəmadi tədbirlər həyata keçirilir. Komissiyanın fəaliyyətində infeksionist həkimlərin, tibb personalının və digər aidiyyəti mütəxəssislərin birgə fəaliyyəti mühüm rol oynayır. Pasiyent təhlükəsizliyinin təmin olunması, infeksiyaların erkən aşkarlanması və yayılma riskinin minimuma endirilməsi istiqamətində görülən işlər barədə “STV” telekanalında yayımlanan süjeti təqdim edirik.