Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
"Bundan sonra hər bir influenser və ya bloqer sosial media hesablarından etdiyi reklamlarda məcburi şəkildə “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydini əlavə etməlidir".
Bakupost.az xəbər verir ki, bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloqer Fərid Pərdəşünas sosial hesabında yazıb.
“Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur. Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir. Azərbaycan qanunvericiliyində influenserlər rəqəmsal platforma təsirçiləri olaraq arlandırıldı. Qanun isə artıq qüvvəyə mindi”, - deyə əlavə edib.
Aygün, Bakupost.az